Dünya

Əlirza Əkbərinin edamı barbarlıqdır - Makron

15 Yanvar 2023 17:11
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərəyə casusluqda ittiham olunan İran Müdafiə Nazirliyinin keçmiş rəsmisi Əlirza Əkbərinin edamı barbarlıqdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter paylaşımında qeyd edib.

"Onun adı da İranda repressiya və ölüm hökmü qurbanlarının uzun siyahısına əlavə edilib", - paylaşımda deyilib.

Fransanın xarici işlər naziri Ketrin Kolonna da İran səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşündə Tehran rejiminin beynəlxalq qanunları pozmasının, xüsusilə xarici vətəndaşların özbaşına həbsinin, bu tip davranışların cavabsız qalmayacağını deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.