Dünya

Baş Qərargah: Rusiya ordusu gün ərzində Ukraynaya 3 hava və 57 raket zərbəsi endirib

15 Yanvar 2023 09:47
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusu son 24 saat ərzində Ukrayna ərazisinə 3 hava və 57 raket zərbəsi endirib. Bundan əlavə, onlar çoxsaylı reaktiv raket sistemlərindən, xüsusən də mülki infrastruktura 69 hücum həyata keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan xülasəsində deyilir.

Qeyd olunur ki, Rusiya ordusu Ukraynanın paytaxtına və digər yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün S-300/S-400 zenit-raket komplekslərindən istifadə edib.

Həmçinin, onlar dəqiq silah olan hava və dəniz qanadlı raketləri və idarə olunan təyyarə raketlərinin 41 buraxılışı həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.