Dünya

Xaçikyan: İran sərhədimizlə bağlı xəbərdarlıq etdi, Qərb isə...

13 Yanvar 2023 23:56
Baxış: 1 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağlı xəbərdarlıq etdi, ancaq belə bir bəyanatı Qərb səsləndirməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, əksinə, İran Qafanda baş konsulluq açdıqdan sonra ABŞ Tehranın regionda vəziyyəti gərginləşdirməsinə imkan verməyəcəyini açıqlayıb.

Xaçikyan bildirib ki, İran heç vaxt hərbi müdaxilə etməyəcək, çünki ABŞ, Britaniya və İsrail dərhal Türkiyə və Azərbaycan birliyini müdafiə edəcək:

"Bakının xeyrinə dəqiq və aydın dəstək səsləndirildi, ancaq Ermənistanın ünvanına belə dəstək eşidilmədi"

Xaçikyan xatırladıb ki, Qərb iki il öncə (44 günlük müharibə nəzərdə tutulur - red.) heç nə etmədi, heç bir təzyiq göstərmədi, nəsə baş verərsə, yenə heç nə etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.