Dünya

Skuter alovlandı: Xəsarət alanlar var - VİDEO - FOTO

13 Yanvar 2023 16:52
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə iki kişi, bir qadın və iki yeniyetmə qız olmaqla beş nəfər xəsarət alıb.

Məlumata görə, skuter səhər saat 4 radələrində evin içərisində od tutub.

40 yaşlarında bir kişi kürəyindən yanıq xəsarətləri alıb və reanimasiya bölməsinə yerləşdirilib, ilkin müalicədən sonra Brisben xəstəxanasına çatdırılıb.

Əlindən yüngül yanıq xəsarətləri alan 30 yaşlı qadın, həmçinin tüstüdən zəhərlənən 50 yaşlı kişi və iki yeniyetmə qız da xəstəxanaya yerləşdiriliblər.

Təcili Yardım Xidmətindən beş xəstənin hamısının vəziyyətinin stabil olduğunu bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.