Dünya

Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü - VİDEO

12 Yanvar 2023 16:18
Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərnişinlərin mahnıları və alqışları altında sərxoş qadın təyyarədən düşürülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Avstraliyanın "Jetstar Airways" şirkətinin sərnişini sərxoş olduğu və ekipajın təlimatlarını pozduğu üçün uçuşdan uzaqlaşdırılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə beş polis əməkdaşının Qızıl Sahildən Melburna gedən təyyarəyə mindiyi görünür. Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş qadınla sakitcə danışıq aparmağa çalışsalar da, o, könüllü olaraq təyyarənin salonundan çıxmaqdan imtina edib. Polislərdən biri onu tutub zorla çıxarmalı olub. Bu zaman baş verənləri videoya çəkən digər sərnişinlər alqışlamağa, mahnı oxumağa başlayıblar.

Həbs edilən 42 yaşlı qadın xuliqanlıqda ittiham olunub. O, məhkəmə qarşısına çıxmalı olacaq, onun maddəsində nəzərdə tutulan maksimum cəza cərimə ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.