Dünya

"Dakar" rallisində faciəvi ölüm - VİDEO

12 Yanvar 2023 16:02
Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ənənəvi olaraq keçirilən "Dakar" rallisində bu dəfə də ölüm hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, dünyasını dəyişən şəxs rallinin yayımlamaq üçün Səudiyyə Ərəbistanına yollanan italyalı fotoqraflardan biri olub. Kadr çəkmək üçün qum təpəciyinin arxasında gizlənən fotoqrafın məqsədi yüksəyə tullanınan maşınların şəkillərini alt hissədən çəkmək olub. Ancaq heç nə onun planlaşdırdığı kimi olmayıb.

Təpənin üzərindən keçən yük maşını fotoqrafın üstünə düşüb. Sükan arxasında isə çexiyalı Aleş Loprays olub. İtaliyalı media nümayəndəsi qəzadan dərhal sonra helikopterlə hospitala göndərməyə çalışsalar da, o yolda dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin dekabrın 31-də başlayan "Dakar" marafonu yanvarın 15-dək davam edəcək. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.