Dünya

Bu ölkəyə getməyin! - ŞOK XƏBƏRDARLIQ

7 Yanvar 2023 20:56
Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində hər gün koronavirusa on milyonlarla yoluxma qeydə alınır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Çində artıq 250 milyondan çox insan virusa yoluxub.

Ekspertlər hesab edirlər ki, bu dalğa xüsusilə qonşu ölkələrə qriplə birlikdə nüfuz edir.

Rusiyalı həkim Mixail Supotnitski Çinə səfər etməməyə və maska ​​taxmağa çağırış edib.

İmmunoloq Vladislav Jemçuqov isə hesab edir ki, Çində və Rusiyada canlı peyvəndlə immunizasiya aparılır, virusun əsas məqsədi yeni bir ev sahibi tapmaqdır:

"Artıq koronavirusa qarşı kollektiv immunitet yaranıb, ona görə də yüngül formada keçir. Yalnız yaşlı insanlar və ciddi xəstəlikləri olanlar virusu ağır keçirirlər. Xəstələnənlər mütləq test verməlidir. Bu, onları düzgün müalicə etmək və lazım olduqda xəstəxanaya yerləşdirmək üçün mütləqdir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.