Dünya

Ötən il neçə ukraynalı rus əsirliyindən azad edilib?

2 Yanvar 2023 07:57
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən il hərbçilər və mülki şəxslər də daxil olmaqla, 1600-ə yaxın ukraynalı rus əsirliyindən azad edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna İnteqrasiya Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.

"Ümumilikdə 2022-ci ildə 1464 hərbi qulluqçu və 132 mülki şəxs Rusiya əsirliyindən azad edilib. Əsirlərin dəyişdirilməsi Prezident Administrasiyası, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Reinteqrasiya Nazirliyinin birgə səyləri ilə baş tutub", - məlumatda deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.