Dünya

Türkiyənin “Siper” hava hücumundan müdafiə sistemi sınaqdan uğurla çıxıb

31 Dekabr 2022 21:00
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Siper" uzaqmənzilli hava hücumundan müdafiə raketi uğurla sınaqdan keçirilib və 100 km-dən çox məsafədə hədəfi vurub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Yeni Şafak" Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sınaqların türk xalqına "Yeni il hədiyyəsi" olduğunu və ölkənin 2023-cü ildə "Türkiyə müdafiə sənayesi dövrünə" qədəm qoyduğuna işarə olduğunu bildirib.

"Siper" layihəsinə Türkiyənin böyük müdafiə şirkətləri "Aselsan" və "Roketsan", həmçinin Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) rəhbərlik edir.

Türkiyə Rusiyanın S-400-ləri ilə rəqabət aparacağı gözlənilən "Siper"dən başqa "Korkut", "Sunqur" və "Hisar" hava hücumundan müdafiə sistemlərini də hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.