Dünya

Rusiyaya gələn turistlərin sayı 90% azalıb

28 Dekabr 2022 07:57
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ildə Rusiyaya gələn turist axını rekord həddə aşağı düşüb. Belə ki, mütəşəkkil qruplardakı əcnəbilərin sayı 90%-dən çox azalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qonaqların əksəriyyəti Rusiyaya Şərq ölkələrindən gəlib.

Rusiyada mütəşəkkil turizmin azalmasının səbəbləri Ukrayna müharibəsi nəticəsindəki beynəlxalq təcriddir.

turizm üzrə göstəricilərin aşağı düşməsinə mənfi məlumat fonu, vizaların, aviabiletlərin alınmasındakı çətinliklər, ölkədə Visa və Mastercard ödəniş sistemlərindən istifadəyə qadağa kimi amillər təsir edib.

2022-ci ildə Rusiya Federasiyasına əsasən İran, Hindistan, Qazaxıstan, Özbəkistan və Yaxın Şərq ölkələrindən turistlər gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.