Dünya

"Ukraynalı qaçqınların çoxu müharibə bitəndən sonra vətənlərinə qayıtmayacaq"

26 Dekabr 2022 22:46
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadan Almaniyaya gələn qaçqınların əksəriyyəti müharibə bitdikdən sonra vətənlərinə qayıtmayacaqlar.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Berlinin şəhərsalma üzrə senatoru Andreas Qayzel bildirib.

"Təxminən 100 min qaçqının 80 minindən çoxunun uzunmüddətli yaşamaq üçün müraciət etdiyini nəzərə alsaq, çox sayda insanın Berlində illərlə qalacağını və dağıdılmış ölkələrinə qayıtmayacağını gözləmək mümkündür", - o deyib.

O, nümunə kimi ötən əsrin 90-cı illərində Yuqoslaviya müharibəsi zamanı Bosniyadan Almaniyaya gələn həmkarını misal çəkib. "Onlar Berlində cəmi bir neçə ay qalmağı planlaşdırırdı, lakin bu gün senat administrasiyasında işləyir və özünü alman hesab edir", - A.Qayzel söyləyib.

Senatorun sözlərinə görə, Ukraynadan olan minlərlə insanı da oxşar tale gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.