Ukrayna İranın milli təhlükəsizliyini təhdid edərsə, sənayedən əvvəlki dövrə qayıdacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu iranlı jurnalist Reza Abbasi deyib.
"İran xalqının təhlükəsizliyinə xələl gətirən ən kiçik hərəkət Kiyevi sənayedən əvvəlki dövrə qaytaracaq. Bu təhdid deyil, xəbərdarlıqdır", - jurnalist bildirib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Moskva ilə Tehranın əməkdaşlığına görə İranda silah istehsalı sahələrinin məhv edilməsinə çağırıb.
Milli.Az