Dünya

Başına qırov düşən məktəbli öldü - VİDEO

22 Dekabr 2022 19:36
Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətində məktəblini damdan düşən qar öldürüb.

Milli.Az bildirir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Krasnoqorsk rayonunun Zaxarkovo kəndində 13 yaşlı yeniyetmə ölüb. Uşaq "Altayenerqobank"ın keçmiş ortaq sahibi və direktorlar şurasının sədri Sergey Vostrikovun oğlu olub. Məlumata görə, hadisə Zaxarkovo kəndində fərdi evin ərazisində baş verib. 13 yaşlı uşaq itini gəzdirirmiş. Anası küşəyə çıxanda görüb ki, uşaq qarın altında qalıb. Moskva vilayətinin sakini böyük oğluna zəng vurub, uşağı qarın altından çıxararaq evə aparıblar və təcili yardım çağırıblar. Oğlanın meyiti ekspertiza üçün morqa göndərilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ölən şagirdin atası ailəsi ilə yaşamır. Bankir ABŞ-ın San-Fransisko şəhərinə köçüb.

Yeniyetmənin öldüyü yerindən kadrlar yayımlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.