Dünya

Hamamda doğduğu uşağı bağçada basdırdı

22 Dekabr 2022 02:44
Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Nijni Novqorod vilayətinin Diveyevo kənd sakini vaxtından əvvəl qızını hamamda dünyaya gətirib və bağçada basdırıb.

Milli.Az bildirir ki, bu barədə "R2N - Nijni Novqorod" Telegram kanalı məlumat yayıb.

Paylaşım edən müəlliflərin məlumatına görə, rusiyalı qadın hamiləliyinin yeddinci ayında olub. Qadın iddia edib ki, körpədə həyat əlaməti olmayıb, ona görə də onu vedrəyə qoyub yaşadığı ərazidə basdırıb.

Nijni Novqorod vilayətinin İstintaq Komitəsi xəbər verib ki, şəxsi evin həyətində qız meyitinin aşkarlanmasına görə ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, 32 yaşlı qadın hamilə olduğu üçün xəstəxanada qeydiyyatda olsa da, nə doğuşdan əvvəl, nə də doğuşdan sonra həkimlərə müraciət etməyib. Bundan əlavə, o, psixiatrın nəzarəti altında olub.

Komitədən verilən məlumata görə, qızın cəsədinə baxış zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Körpənin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən ediləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.