Dünya

Kainatdakı dumanlığın yaranma tarixi məlum oldu

9 Dekabr 2022 17:24
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astronomlar planetin ən parlaq və ən yaxın planet dumanlarından biri olan Cənub Halqavari Dumanlığının əmələ gəlmə tarixini açmaq üçün bu yaxınlarda orbitə buraxılmış Ceyms Uebb teleskopundan istifadə ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avstraliyanın Makuori Universitetinin mətbuat xidməti cümə axşamı bildirib ki, səma cismi 2,5 min il əvvəl kütləsi Günəşdən 2,86 dəfə böyük olan nəhəng bir ulduzun öz xarici təbəqəsini üzərindən atması nəticəsində yaranıb.

"Bu ulduz Günəşimizdən təxminən üç dəfə böyük olsa da, lakin eyni zamanda daha gənc idi. Onun cəmi 500 milyon yaşı olub", - Sidneydəki Universitetin professoru Orsola de Marko bildirib.

Qeyd edək ki, Cənub Halqavari Dumanlığı (NGC 3132) Yerdən 2,8 min işıq ili uzaqlıqda Yelkən bürcündə yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.