Dünya

İlon Mask özünə varis seçdi - FOTO

18 Noyabr 2022 09:33
Baxış: 1 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı sahibkar İlon Mask təsisçisi və rəhbəri olduğu "Tesla" şirkətinin baş direktoru vəzifəsinə mümkün varisinin namizədliyi barədə qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının üzvü Ceyms Merdok xəbər verib.

Bildirilir ki, iş adamı bu vəzifəni tutacaq şəxsi bir neçə ay əvvəldən seçib.

"Tesla"nın ehtimal olunan yeni baş direktorunun kimliyi açıqlanmayıb.

Qeyd edək ki, buna qədər Mask iki gün ərzində 4,4 milyon "Tesla" səhmini satmışdı.

Mask sözügedən şirkəti 2003-cü ildə təsis edib. Onun baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.