Dünya

Bayden vəzifədən uzaqlaşdırıla bilər - Araşdırma başladı

18 Noyabr 2022 07:48
Baxış: 1 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nümayəndələr Palatasında səs çoxluğu əldə edən respublikaçılar ABŞ Prezidenti Cozef Baydenlə bağlı araşdırma aparmağa hazırlaşır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının üzvləri Ceyms Komer və Cim Cordan Konqresdə keçirilən mətbuat konfransında bildiriblər.

Belə ki, Respublikaçıların Bayden və ailəsi ilə bağlı araşdırma başlatmaq və nəticədə prezidenti vəzifədən uzaqlaşdırılmaq planları var. Respublikaçılar Partiyasının nümayəndələri 2024-cü il prezident seçkiləri öncəsi Baydenin oğlu Hunter Bayden və sərhəd təhlükəsizliyi kimi bir çox araşdırmalarla Bayden administrasiyası üçün "başağrısı" yaratmağı hədəfləyir.

Onlar Baydenin ailə üzvlərinin yalnız prezident  mühiti və gücündən istifadə edərək milyoner olduqlarını iddia edirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.