Dünya

Milyarder Bezosdan bədbin proqnoz: “Ən pisə hazırlaşın”

15 Noyabr 2022 09:57
Baxış: 2 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Amazon"un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə milyarder CNN telekanalının efirində bildirib.

"İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz - iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir" - deyə, o bildirib.

Bezos iqtisadi vəziyyətin pisləşməsi riskini nəzərə alaraq yeni televizorlar, soyuducular və avtomobillər kimi böyük alışların təxirə salınmasını tövsiyə edib.

O, kiçik biznes sahiblərinə yeni avadanlıqlara sərmayə qoymaq əvəzinə pul ehtiyatları yaratmaq barədə düşünməyi təklif edib: "Bacardığınız qədər çox risk düşünün. Ən yaxşısına ümid et, amma ən pisinə hazırlaşın".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.