Dünya

Uşağını döyərkən aralamağa çalışan əlili vurdu - VİDEO

14 Noyabr 2022 19:51
Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Barnaul sakini kiçik oğlunu qulağından və kapüşonundan tutaraq sürüməsinə mane olan şəxsi döyüb. Dava videosu müşahidə kamerasına düşüb.

Milli.Az bildirir ki, video "SHOT" Telegram kanalı tərəfindən yayəmlanıb.

Kadrlarda atanın uşağı küçədə kapüşonundan tutması, sürüyərək atması və qışqırması əls olunub. Onunla velosiped sürən bir adam danışıb, sonra atası ona şiddətlə hücum edib, yıxıb və bir neçə zərbə endirib. Yoldan keçənlər onlara tərəf qaçıb və təcavüzkarı sürükləyiblər.

Zərərçəkənin qayınanası bildirib ki, döyülməsinə səbəb kişinin ata və oğluna yaxınlaşaraq oğlandan atasının kim olduğu soruşması olub. Onun kürəkəni atasının bu hərəkətindən qəzəblənib. Lakin uşağın atası, ona hücum edərək döyməyə başlayıb. Qayınana deyib ki, kürəkən əlildir, ayağının yerinə protez qoyulub. Zərərçəkmiş döyüldükdən sonra polisə ifadə yazıb.

Polis hücum edən şəxsi axtarır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.