Dünya

İran əsilli qardaşlar Rusiyaya casusluqda GÜNAHLANDIRILDI - FOTO

12 Noyabr 2022 17:33
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran əsilli iki qardaş İsveçdə Rusiyanın xeyrinə casusluqda günahlandırılıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə məlumat "Azad İran" teleqram kanalında yayımlanıb.

Bildirilir ki, ötən ilin noyabrında həbs edilən İran əsilli iki qardaş Peyman və Pəyam Kia Rusiyaya casusluqda ittiham olunublar. Bundan öncə İsveç mediası bu iki qardaşı İranın xeyrinə casusluqda ittiham etmişdi. 

İsveç prokurorları iki qardaşı son 10 ildə Rusiyanın hərbi kəşfiyyat xidmətinə məxfi məlumatlar ötürməkdə ittiham edib. 

Sözügedən qardaşlar İranda doğulub, lakin uşaqlıqdan İsveçdə yaşayıblar və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunurlar. 

42 yaşlı Peyman Kia İsveç ordusunda və bu ölkənin təhlükəsizlik polisində iş təcrübəsi var, onun 35 yaşlı qardaşı Pəyam isə bir müddət İsveçin Təhlükəsizlik Təşkilatında çalışıb. Hər iki qardaş ittihamları rədd edib. 

Son illərdə, xüsusən də Rusiyanın Ukraynaya hücumundan, İsveç və Finlandiyanın NATO-ya üzv olmaqla müraciətindən sonra bu iki ölkə ilə Rusiya arasında gərginlik artıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.