Dünya

Pentaqon: Müharibədə Rusiyanın 100 mindən çox əsgəri ölüb ya da yaralanıb

10 Noyabr 2022 13:48
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı müharibə nəticəsində Rusiyanın 100 000-dən çox əsgəri həlak olub və ya yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargahlarının sədri general Mark Milley Nyu-York İqtisad Klubunda keçirilən tədbirdə deyib. O, Ukraynanın da ehtimal ki, bənzər itkilərlə üzləşdiyini qeyd edib.

Pentaqon rəsmisi Mark Milley Rusiyanın Ukraynanı işğal cəhdinin çox böyük strateji xəta olduğunu və ölkənin bunun bədəlini illərlə ödəməli olacağını qeyd edib.

Milley əlavə edib ki, qışda ön xəttə sabitlik yaranarsa, münaqişənin başa çatdırılması üçün müzakirələr aparılmasına fürsət yarana bilər. O, ABŞ-ın müzakirələrin uğursuz başa çatacağı, hətta hər iki tərəf üçün də hərbi qələbənin qeyri-müəyyən olacağı təqdirdə belə Ukraynanı silahlandırmağa davam edəcəyini qeyd edib.

ABŞ generalı Rusiyanın Xersondan çəkilməsinə münasibət bildirərkən qeyd edib ki, 20-30 minlik hərbi qüvvələrin Dnepr çayının qərb sahilindən çəkilməsi üçün günlər, hətta həftələr lazım ola bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.