Dünya

Alimlər ilk dəfə insanlara süni yetişdirilmiş qan hüceyrələri köçürdülər

9 Noyabr 2022 04:11
Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə elmi təşkilatın alimləri dünyada ilk dəfə olaraq süni şəkildə yetişdirilmiş qan hüceyrələrinin - eritrositlərin köçürülməsi ilə bağlı klinik tədqiqat aparıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Kembric Universitetinin bəyanatında deyilir.

"Qan hüceyrələri donor kök hüceyrələrindən yetişdirilib və klinik sınaq zamanı könüllülərə köçürülüb", - deyə bəyanatda bildirilib.

Vurğulanıb ki, dünyada ilk dəfədir ki, tədqiqat çərçivəsində laboratoriyada yetişdirilən qırmızı qan hüceyrələri insana köçürülür.

Metodun təhlükəsizliyi və effektivliyi sübut olunarsa, sınaq nəticəsində əldə edilən hüceyrələr anemiya kimi qan xəstəliklərinin müalicəsində inqilab yarada, həmçinin donor tapmaqda çətinlik çəkən nadir qan qrupu olan insanlar üçün xilas yolu ola bilər.

"İndiyədək iki nəfərə laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələri köçürülüb. Onlar yaxından izlənilib və arzuolunmaz fəsadlar qeydə alınmayıb", - deyə məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.