Dünya

İntihar etdiyi deyilən qadını sevgilisi öldürübmüş

1 Noyabr 2022 20:24
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soçidə 41 yaşlı kişi 38 yaşlı birgə yaşadığı qadını qətlə yetirməkdə təqsirli bilinəcək.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Anna Puşkina məlumat verib.

Məlumata görə, cütlük Batumi şosesindəki evlərdən birində kirayədə yaşayıb. Bu il aprelin 21-də günortadan sonra müttəhim və onunla birgə yaşayan qadın içki içərək mübahisə etməyə başlayıblar. Münaqişə zamanı kişi köynəklə sevgilisini boğub. O, qətli gizlətmək qərarına gələrək, mərhumun cəsədini intihar etmiş kimi düzəldib və onun adından intihar məktubu qoyub. Bundan sonra o, qonşusuna qadının ölümü barədə danışıb, o  isə polisə və müstəntiqə zəng edib.

Həmin şəxs hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına birgə ziyafətdən sonra yatmağa getdiyini, ayılanda isə sevgilisinin intihar etdiyini gördüyünü deyib.

Lakin Daxili İşlər Nazirliyinin və Komitənin əməkdaşları bu versiyaya inanmayıblar. Qonşular bildiriblər ki, faciə ərəfəsində birgə yaşayanlar mübahisə edib. Zərərçəkənin yaxınları onu da bildiriblər ki, qadın əvvəllər intihar ehtimalı barədə danışmayıb. Bundan əlavə, əl yazısı ekspertizası intihar qeydinin təqsirləndirilən şəxsin özünün ollduğunu təsdiqləyib.

Kişi, həbsxanaya salınıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.