Dünya

Erməni biznesmen Moskvada intihar etdi

31 Oktyabr 2022 23:18
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni əsilli rusiyalı iş adamı Artyom Aslanyan Moskvada intihar edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Maş" Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, onun cəsədi Vorobyov Qorı yaşayış kompleksinin ərazisində tapılıb.

İlkin məlumatlara görə, Aslanyan ölümündən öncə anasına çox sayda işlərdən və ümumiyyətlə hər şeydən yorulduğuna dair mesaj göndərib. Bundan sonra o, intihar edib. Daha sonra mühafizəçi yaşayış kompleksinin ərazisində iş adamının meyitini tapıb.

Ehtimal olunur ki, o, biznes problemlərindən dolayı intihar edib.

Qeyd edək ki, oktyabrın 29-da iş adamının 39 yaşı tamam olub. Onun restoran biznesi və yemək xidmətləri ilə bağlı beş şirkətin qurucusu olduğu bildirilib. Bunlar arasında "Moskva Food", "Park Management", "İstanbul Kabab", "Bluefin" və başqa bir şirkət də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.