Dünya

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

28 Oktyabr 2022 23:03
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücum edən şəxsin kimliyini müəyyən edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, şübhəlinin 42 yaşlı David Depape olduğu müəyyən edilib. 

Hücum edən şəxs adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və "bir neçə əlavə cinayət" ittihamı ilə üzləşəcək. San-Fransisko polis rəisi Uilyam Skott bildirib ki, hücumun motivi müəyyən edilir.

Hücum zamanı yaralanan Pol Pelosi beyin əməliyyatı keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.