Dünya

Məşhur həkim məşuqəsini cinsi əlaqə zamanı öldürdü

28 Oktyabr 2022 02:22
Baxış: 3 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada bir vaxtlar Saksoniya-Anhalt torpağındakı Halberştadt klinikasının baş həkimi vəzifəsində çalışmış 46 yaşlı cərrah Andreas David Niederbihler öz məşuqəsini qəsdən qətlə yetirib. 

Milli.Az-ın lent.az-a istinadla xəbərinə görə, o, oral seksdən əvvəl penisinə kokain səpib.

Bu faciəli hadisə hələ 2019-cu ildə baş verib, lakin bu haqda, yalnız indi, məhkəmənin təzminatla bağlı qərar çıxardığı zaman geniş məlumat yayılıb. Həkim ağır zorlama və ölümlə nəticələnən bədən xəsarəti törətdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Həkimin qurbanı 38 yaşlı İvonna M. olub. Məhkəmə qərarına əsasən, məhkum ölənə qədər qurbanın müalicəsini qarşılayan sığorta şirkətinə 11500 funt-sterlinq ödəməlidir. Daha 25 min funt-sterlinq isə mərhumun ailəsinə ödəməlidir.

Məlumata görə, Niderbihler 2015-ci ilin sentyabrından 2018-ci ilin fevralına kimi bu şəkildə "əylənib". Bu müddət ərzində o, 3 qadına narkotik verib və zorlayıb. O, qadağan olunmuş maddələri xanımlardan birinin  bir stəkan şampan şərabına, digərinin dodaq boyasına, üçüncüsünün isə diş pastasına əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.