Dünya

Nənəsinin pullarını oğurlayaraq sinif yoldaşlarına payladı

24 Oktyabr 2022 18:04
Baxış: 5 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Florida ştatının Sammerfild şəhərində məktəbli qız nənəsinin seyfini sındıraraq oradan on min dollardan çox pul oğurlayıb və sinif yoldaşlarına paylayıb.

Milli.Az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Polis, 14 yaşlı qızın sinif yoldaşlarına bir neçə yüz dollar verməsi xəbərini aldıqdan sonra məktəbə gəlib. Təhsil müəssisəsinin rəhbərliyi şagirdin bel çantasına baxış keçirib və 2,5 min dollara yaxın pul tapıb.

Qız məktəbin keçmiş şagirdindən pul aldığını bildirib. Müstəntiqlərin fikrincə, o, əslində onları nənəsinin əmanətlərinin saxlandığı seyfdən götürüb. Şagirdin pulu götürərək sinif yoldaşlarına verməsinin səbəbi açıqlanmayıb.

Ümumilikdə seyfdən 13,5 min dollar yoxa çıxıb. Polis sinif yoldaşlarına verilən pulun yalnız 700 dollarını tapa bilib. Bu pullar nəvənin bel çantasından tapılanlarla birlikdə nənəyə qaytarılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.