Dünya

Keçmiş həyat yoldaşını yandırdı...

18 Oktyabr 2022 17:38
Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Florida ştatından olan 43 yaşlı İen Kristofer Baunax keçmiş həyat yoldaşına qəzəblənib, onu öldürüb və cəsədini metal çəlləkdə yandırıb.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Keçmişdə kişi uşaqları və həyat yoldaşı Keti ilə qəddar davranışda ittiham edilib.
 Belə ki, 2021-ci ilin noyabrında o, həyat yoldaşını döyməsi səbəbindən həbs olunub, sentyabr ayında isə körpə uşağa qarşı qəddar davranışına görə qadağanedici məhkəmə əmri alıb.
 
Tez-tez döyülməsi səbəbindən Keti ərini tərk edib, lakin bir neçə həftədən sonra, sentyabrın 29-da, şəxsi əşyalarını götürmək üçün ərinin yanına yollanıb. 
 
Bundan öncə o, uşaqlarını rəfiqəsinin yanında saxlayıb və tezliklə geri dönəcəyini vəd edib, amma geri dönməyib.
 
Ertəsi gün polislər Ketinin avtomobilini Baunaxın evinin yanında aşkar ediblər.
 
Kişi onları otağa buraxmaqdan imtina edib, ona görə də müstəntiqlər axtarış üçün order alıb.
 
Evdə bir neçə tüfəng, tapança, ov tüfəngi və qan izləri aşkar edilib. 
 
Daha sonra müstəntiqlər evin yanındakı küçədə metal çəllək aşkar edib, oradan parçalanan cəsədin qoxusu gəlib. Çəlləyin yanında isə insan çənəsi olub.
 
Polis Baunaxın keçmiş həyat yoldaşını öldürməsindən və cəsədinin çəlləkdə yandırmasından şübhələnir.
 
Dindirmə zamanı kişi qətldə əli olduğunu inkar edib, lakin etiraf edib ki, Keti ilə mübahisə edib və buna görə də məhkəmə tərəfindən qadağa əmri alıb.
 
Kişi həbs edilib və qəsdən adam öldürməkdə və əşyayi-dəlillərin məhv edilməsində ittiham edilib.
 
Onu ömürlük həbs və ya ölüm cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.