Dünya

Ay 2,46 milyard ildir ki, Yerdən uzaqlaşır

12 Oktyabr 2022 19:40
Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər müəyyən ediblər ki, son 2,46 milyard ildə Ay davamlı olaraq Yerdən uzaqlaşır ki, bu da planetdə günün uzunluğunun artmasına səbəb olur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, PNAS jurnalında dərc olunmuş beynəlxalq tədqiqatçılar qrupunun hesabatına görə, Yerlə Ay arasındakı məsafə 2,46 milyard il əvvəl "indiki 384,4 min km əvəzinə təxminən 321,8 min km olub və Yerdəki gün cəmi 16,9 saat davam edib.

Alimlər qayalıqların yaşının 2,5 milyard ilə qədər olduğu Qərbi Avstraliyanın Karicini Milli Parkında dərin dərələri təhlil edərək bu qənaətə gəliblər. Bu yataqlar Yerdəki iqlim proseslərinin təkamülünü təsvir edən "Milankoviç dövrləri" adlanan dövrlərin müddətini göstərir.

Tədqiqatçılar bu dövrlərin müddətində təxminən iki dəfə artım aşkar ediblər.

Alimlərin fikrincə, yeni tədqiqatınonun nəticələri Yerin və Yer-Ay sisteminin təkamülü haqqında elmi anlayışı əhəmiyyətli dərəcədə genişləndirir, həmçinin milyard ildən artıq bir müddət ərzində onun inkişaf nümunələrini təsvir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.