Dünya

Piterdə terakt törətməyə çalışan erməni yaxalandı

10 Oktyabr 2022 23:43
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan erməni əsilli Maksim Asriyan həbs edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, istintaq materiallarına görə, Asriyan hakimiyyətin siyasətinə, xüsusilə qismən səfərbərliyə etiraz olaraq terror aktı həyata keçirmək və hərbi komissarlığı yandırmaq qərarı verib. Onun hədəfi əhalini qorxutmaq və dövlətə külli miqdarda ziyan vurmaq olub.

Bu niyyətlə onlayn mağazadan iki butulka yanacaq alan Asriyan Frunze rayonundakı hərbi komissarlığa yollanıb. Ancaq o, teraktı həyata keçirə bilməyib. Binanı qoruyan Rusiya Qvardiyasının əsgərləri cinayəti törətməyə çalışarkən onu yaxalayıblar.

Asriyan cinayətini etiraf edib və ona biri "terror aktı" olmaqla, CM-in 3 maddəsi ilə ittiham elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.