Dünya

Yeni avtomobil almasını qeyd etdi, sonra isə maşınla arvadını öldürdü

10 Oktyabr 2022 16:44
Baxış: 1 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Xakasiya sakini yeni avtomobil almasını qeyd edib və sonra onunla arvadını öldürüb.

Milli.Az bildirir ki, bu barədə "Abakan Today" portalı məlumat yayıb.

Hər şey Azi rayonunun Beltirskoe kəndi yaxınlığında baş verib. Mənbənin sözlərinə görə, Xakasiya sakini həyat yoldaşı ilə ailə dostunun evində alışını qeyd edib. Ziyafət zamanı onlar mübahisə edib və qadın evə piyada gedib.

Daha sonra qadın ərinə zəng edib o isə təzə maşının sükanı arxasında içkili olub. Magistral yolda kişi arvadına fikir verməyib və onu avtomobillə vurub. Qadın, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Nəşrin məlumatına görə, müstəntiqlər Abakan sakininə qarşı cinayət işi başlamaq niyyətindədirlər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.