Dünya

Polis qardaşına görə "işə düşdü"

10 Oktyabr 2022 19:48
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Həştərxan vilayətində məhkəmə Rusiya Daxili İşlər Nazirliyinin Volodarski rayonu üzrə Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin keçmiş şöbə rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı işinə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Andrey Xeqay məlumat verib.

Qurumun məlumatına görə, 2018-ci ilin fevral ayında hüquq-mühafizə orqanı əməkdaşı 2016-cı ildə 1,5 il müddətinə vəsiqəsi alindən alınan qardaşının problemini həll etmək üçün yol polisinin məlumat bazasına yalan məlumatlar daxil edib. "Kişi sürücülük vəsiqəsinin təhvil verilmə tarixini və müvafiq xüsusi hüquqdan məhrumetmə müddətinin bitdiyini göstərib", - idarədən bildiriblər.

Bundan sonra qardaşı inzibati məsuliyyətdən azad olunaraq yenidən sürücülük vəsiqəsini ala bilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.