Zaporojyeyə raket zərbəsi zamanı həlak olanların sayı 7 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.
Starux əlavə edib ki, 5 sakin itkin düşüb. Dağıntılar arasında qalanların axtarışları davam edir. Yalnız bundan sonra dəqiq rəqəm söyləmək mümkün olacaq.
Milli.Az