Zaporojyeyə raket zərbəsi zamanı həlak olanların sayı artıb

7 Oktyabr 2022 07:32

Zaporojyeyə raket zərbəsi zamanı həlak olanların sayı 7 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

Starux əlavə edib ki, 5 sakin itkin düşüb. Dağıntılar arasında qalanların axtarışları davam edir. Yalnız bundan sonra dəqiq rəqəm söyləmək mümkün olacaq.

Milli.Az