Dünya

İlon Mask “Twitter”i almaq üçün yeni təklif göndərdi

5 Oktyabr 2022 14:18
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı sahibkar İlon Mask "Twitter"in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, təklif şirkətə məktub şəklində göndərilib.

Digər təfərrüatlar açıqlanmayb.

Nyu-York Fond Birjasının məlumatlarına görə, "Twitter"in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb. Axşam saatlarında bir səhmin qiyməti 47,93 dollar təşkil edib.

Qeyd edək ki, aprel ayında "Twitter" rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini bildirmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.