Dünya

Pentaqon: "HIMARS Ukraynaya əksər hədəflərə hücum etməyə imkan verir"

5 Oktyabr 2022 08:48
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın təhvil verdiyi HIMARS (ing. "High Mobility Artillery Rocket System" - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri (RYAS) və onların sursatları Ukrayna hərbçilərinə Krım da daxil olmaqla hədəfləri vurmağa imkan verir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "RBK-Ukraina" ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuperin brifinqinə istinadən məlumat yayıb.

O xatırladıb ki, Krım Ukrayna ərazisidir: "Bizim hesablamalarımıza görə, yeni hərbi yardım paketində əlavə olaraq təqdim edəcəyimiz HIMARS-da olan GMLRS sistemləri ilə onlar döyüş meydanında Krım da daxil olmaqla, əksər hədəflərə çata bilirlər".

Pentaqon onu da vurğulayıb ki, ABŞ Ukraynaya Qərb tanklarının yox, sovet tanklarının verilməsini daha məqsədəuyğun hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.