Dünya

Zelenski onlarla yaşayış məntəqəsinin azad olunduğunu açıqlayıb

5 Oktyabr 2022 08:09
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir - bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın "psevdoreferendumundan azad edilib":

"Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib".

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib:

"Bu heç də tam siyahı deyil... Döyüşçülərimiz dayanmır. Rusiyanı bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.