Dünya

18 yaşlı gənc 2 yaşlı oğlana təcavüz etdi

5 Oktyabr 2022 02:31
Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Novosibirsk vilayətində uşağa cinsi zorakılıq etməkdə şübhəli bilinən 18 yaşlı gəncə qarşı cinayət işi üzrə istintaq davam edir.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Kristina Oberemçenko məlumat verib.

2022-ci ilin əvvəlində iki yaşlı oğlu və üç yaşlı qızı olan ər-arvad bir gənci yaşamağa yeri olmadığı üçün öz mənzillərində məskunlaşdırıblar. Tezliklə arvad ərini yeni qonşusu ilə aldatmağa başlayıb, bundan sonra incimiş kişi Altay diyarına gedərək sevgilisini tərk edib. Qadın isə kirayəçi ilə birgə yaşamağa davam edib.

Lenta.ru-nun mənbəsinin məlumatına görə, avqustun sonunda ana uşaqları müayinə üçün klinikaya aparmaq qərarına gəlib. Həkimlər uşağa daxili orqanların zədələnməsi diaqnozu qoyublar. Həkimlər uşağın zorlandığını bildiriblər və polisə şikayət ediblər. Təqsirləndirilən şəxs ötən həftənin əvvəlində saxlanılıb, o, özünü təqsirli bilməyib. Hazırda gənc həbs edilib.

Komitə qəyyumluq orqanlarının əməkdaşlarına qarşı yoxlama aparacaq, departament əlavə edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.