Dünya

Baydendən Rusiya haqda sərt açıqlama

30 Sentyabr 2022 08:04
Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətində və Zaporojyedə azad edilmiş ərazilərində keçirilən "referendum"ları tanımayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirb.

"ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq. Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub", - deyə o, ABŞ-Sakit okean adaları sammitindəki iclasda bildirilib.

O, həmçinin Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.