Dünya

"Rusiya bizə silahı hətta pulsuz verirdi" - Akopyandan Paşinyana cavab

29 Sentyabr 2022 21:09
Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaxtilə Rusiya bizə yaxşı silahlar satıb. Özü də böyük məmnuniyyətlə. Nəyinki satıb, hətta pulsuz verib. Amma son illər niyə satmır, bunu Paşinyandan soruşun".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş İdarəsinin keçmiş rəisi Movses Akopyan "Maktinfo" saytına baş nazir Nikol Paşinyanın "Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqimizin Ermənistana silah verməsinin qarşısını almağa çalışır" fikirlərinə münasibət bildirərkən qeyd edib.

Paşinyan qeyd edib ki, elə hallar olub ki, silah alışına 100 milyon dollar ödənilib, lakin hətta müttəfiq ölkələr tərəfindən öhdəliklər yerinə yetirilməyib.

Akopyana görə, ölkələr münasibətləri və güvəndikləri siyasi qüvvələrə silah satırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.