Dünya

Finlandiya sabahdan Rusiya ilə sərhədləri bağlayır

29 Sentyabr 2022 13:07
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya sabah gecə saat 00.00-dan etibarən Rusiyadan turistlər üçün sərhədləri bağlayır.

Milli.Az xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, Rusiya vətəndaşlarının istənilən Şengen vizası ilə Finalnadiyaya turizm məqsədilə daxil olmasına qadağa qoyulacaq. Polşa, Litva, Latviya və Estoniya hökumətləri oxşar qərarı bir müddət əvvəl qəbul ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiya Prezidenti Sauli Niinistö bu addımı "prinsipial qərar" adlandırmışdı. Ölkənin xarici işlər naziri Pekka Haavisto Rusiya vətəndaşlarının Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarını ziyarət etmək məqsədilə buraxılacağını bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.