Dünya

"Rusiya daha 200 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

16 Sentyabr 2022 11:34
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son sutkada Ukraynada Rusiya ordusunun 200 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 050-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 199 tank, 4 690 zirehli döyüş maşını, 1 302 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 216 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 550 avtomobil texnikası və avtosistern, 121 xüsusi texnikadan ibarətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.