Dünya

"Ərdoğanla görüşə hazıram"

12 Sentyabr 2022 07:48
Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Kathimerini" qəzeti yazıb.

O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər.

Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib.

Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti yaxınlığında beynəlxalq sularda Komor adaları bayrağı altında üzən yük gəmisinə xəbərdarlıq atəşi açıb. Gəminin göyərtəsində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.