Dünya

Zelenski Haluk Bayraktara "Xidmətə görə" ordenini təqdim edib

9 Sentyabr 2022 22:29
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin "Baykar" şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

"Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada "Baykar" zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordenini təqdim edib.

Qeyd edək ki, daha əvvəl üç "Bayraktar" PUA-sı Ukraynaya çatdırılıb. Ukraynalılar üç gün ərzində onlar üçün vəsait toplayıblar, lakin türk şirkəti onları pulsuz olaraq bağışlamağa qərar verib.

Həmçinin bildirilib ki, Ukrayna 2023-cü ilin sonunda "Bayraktar" tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.