Dünya

Anadan DƏHŞƏTLİ ƏMƏL: körpəsini öldürdü, cəsədi isə...

10 Sentyabr 2022 00:31
Baxış: 2 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Voronej şəhərində ana qorxaraq yeni doğulmuş qızını öldürüb, meyiti atasının məzarına basdırıb, sonra isə polisə təslim olub.

Milli.Az bildirir ki, "SHOT" Telegram kanalı dəhşətli hadisə ilə bağlı xəbər yayıb.

24 yaşlı Qalina təxminən bir ay əvvəl uşaq dünyaya gətirib. Sentyabrın 3-də isə qadın onunla mənzildə tək olarkən körpənin başına vurub. Yaralanma uşaq üçün ölümcül olub. Amma körpə dərhal yox, iki gün sonra ölüb. Ana cinayəti gizlətmək qərarına gəlib. O, qızının cəsədini parçaya bükərək çantada atasının Lesnoye qəbiristanlığındaki məzarına aparıb. Orada onu dəfn edib və evə qayıdıb.

Qadın daha sonra polisə təslim olub. Körpənin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertiza onun qapalı kəllə-beyin travması nəticəsində öldüyünü təsdiqləyib. Ana saxlanılıb, barəsində "Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi açılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.