Dünya

Baş Qərargah: "Ötən sutka Rusiyanın 2 qırıcısı, 2 helikopteri və 5 PUA-sı məhv edilib"

8 Sentyabr 2022 10:37
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri sentyabrın 7-də Rusiyanın iki "Su-25" qırıcısını, iki helikopterini ("Ka-52" və "Mi-24") və 5 PUA-sını məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın müdafiəçiləri Rusiyanın Donetsk vilayətindəki Konstantinovka, Dibrovno, Qriqoryevka, Zaytsevo, Mayorsk, Nikoleyevka Vtoraya, Pervomaysk və Kamenka yaşayış məntəqələri istiqamətində hücumunu dəf ediblər.

Məlumata görə, ötən sutka ərzində quru qoşunlarının hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələri aviasiyası Rusiyanın canlı qüvvə və texnikasının cəmləşdiyi və möhkəmləndiyi yerlərə 30-dan artıq zərbə endirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.