Dünya

Koronavirusun mənbəyinin yarasa olmadığını etiraf etdilər

7 Sentyabr 2022 14:24
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail alimləri pandemiyanın mənbəyinin heyvanlar olduğuna dair heç bir dəlil tapmayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Təl-Əviv Universiteti alimlərinin apardığı araşdırmanın nəticələrindən belə nəticə çıxır ki, koronavirus yarasalardan yaranmayıb.

"Hərtərəfli araşdırmamız yarasaların COVID-19 epidemiyasının mənbəyi olması ehtimalına dair ciddi şübhələr yaradır", - deyə tədqiqat rəhbəri doktor Mariya Vaynberq bildirib.

Mütəxəssislərin fikrincə, yarasaların effektiv immun sistemi var. Bu, onlara digər məməlilər üçün ölümcül olan viruslara qarşı asanlıqla mübarizə aparmağa imkan verir. Həmçinin məlum olub ki, 48 faiz hallarda yarasaların koronavirusun daşıyıcısı olması iddiası heyvanlarda virusun deyil, yalnız antitellərin aşkarlanmasına əsaslanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.