Dünya

Baydenin oğlu haqqında film Hollivudda qapalı nümayiş olundu

6 Sentyabr 2022 17:34
Baxış: 738
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Los-Ancelesdə ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden haqqında çəkilən filmin qapalı nümayişi keçirilib.  

"Mənim oğlum - Hunter" ("My son Hunter") adlı filmdə əsas diqqət Baydenləri təqib edən korrupsiyanın ifşasına yönəlib. Bildirildiyinə görə, film tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ssenari müəllifi Brayan Qodava da bildirib ki, filmdə "real hadisələrdən və ya mediada yayılan sənədlərdən, stenoqramlardan və ya elektron məktublardan götürülmüş dialoqlardan istifadə edilib".

Filmin onlayn premyerası sentyabrın 7-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.