Dünya

Bu ölkədə ildırım vurmasından 17 nəfər öldü

4 Sentyabr 2022 22:01
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın şərqindəki Bihar əyalətində ildırım vurması nəticəsində 17 nəfər ölüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan 6-nın tarlada işləyən işçilər olduğu bildirilib.

Meteorologiya mərkəzi əlverişsiz hava şəraitinin 5 gün ərzində ölkənin şimal-şərqində təsirli olacağı ilə bağlı xəbərdarlıq edib.

Əyalət Baş naziri Nitish Kumar hadisədən kədərləndiyini bildirərək həyatını itirənlərin ailələrinin hər birinə 5 min dollar veriləcəyini açıqlayıb.

Qeyd edək ki, iyun və iyul aylarında Bihar əyalətində bu səbəbdən ən azı 60 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.