Dünya

Dünya iqtisadiyyatı bu tarixə qədər zərərlə üzləşəcək

29 Avqust 2022 23:25
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük iqtisadi gücünə sahib ölkələrdə artan quraqlıq, tufan və yağış fırtınaları 2050-ci ilə qədər qlobal iqtisadiyyata 5,6 trilyon dollara başa gələ bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Bildirilir ki, bu il leysan yağışlarına görə Çin və Cənubi Koreyanın şəhərlərini su basıb. Hindistanda isə buna görə su və elektrik təchizatı kəsilib. Avropada quraqlıq fermer təsərrüfatlarını təhlükə altına alıb. Belə fəlakətlər dünya iqtisadiyyatına yüz milyardlarla dollar ziyan vurur.

Hesablamalara əsasən, dünyada ən böyük iqtisadiyyatı olan ABŞ-ın 2050-ci ilə qədər itkiləri 3,7 trilyon dollar ola bilər, ona qədər ABŞ-ın ümumi daxili məhsulunun ildə təxminən 0,5% azalacağı gözlənilir. Dünyanın 2-ci iqtisadi gücü olan Çin isə əsrin ortalarına qədər təxminən 1,1 trilyon dollar zərərlə üzləşə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.